“NƏSRULLAHIN ÖLDÜRÜLMƏSİNİN ALTI NƏTİCƏSİ...” – İsrail Livanda nə etmək istəyir?

İsrailin artıq bir ilə yaxındır Fələstində davam edən və bu yaxınlarda Livanda başladığı işğalçı müharibə bölgə dövlətləri, İran və onun Yaxın Şərqdə dəstək verdiyi silahlı qüvvələr üçün də ağır nəticələrə səbəb olacaq. Bunlardan ən böyüyü olan “Hizbullah” qruplaşmasının sıradan çıxarılması Tehranın İsrailin şimal sərhədlərində silahlı güc saxlaması mümkünsüzləşdirəcək. 

Ona görə də, İran rejiminin ən azı öz xalqının başını qatması üçün Nəsrullahın və “Hizbullah”ın digər liderlərinin öldürülməsinə cavab verdiyini göstərməsi lazım idi. İsrailə atılan raketlər də məhz buna xidmət edirdi...

Beynəlxalq ictimaiyyətin çağrışlarına və narahatlığına baxmayaraq qətliamları davam etdirən İsrail böyük ehtimalla “Hizbullah”-ın tam sıradan çıxarana, Beyrutu işğal edənə, Livanda öz nəzarətində olan “kukla hökumət” qurana qədər dayanmayacaq. İsrailə dəstək verən qlobal güclərin nəzarətində olan media da bunun anonsunu verir.

AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzetinin “İsrail tərəfindən “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinin altı nəticəsi” başlıqlı məqaləni də bu qəbildən hesab etmək olar.

 

 

Həmin məqaləni qısa ixtisarla təqdim edirik:

“Hizbulllah”nın lideri Həsən Nəsrullahın ölümünün meydana gətirə biləcəyi altı nəticə ilə tanış olaq.

Birincisi, hələ Nəsrullahın və bundan əvvəl “Hizbullah”ın demək olar ki, bütün siyasi və hərbi komandanlığının peycer və ratsiya partladılması əməliyyatı ilə öldürülməsindən sonra İsrail çətin ki, Livandakı hərbi əməliyyatlarını dayandıracaq. Əksinə, İsrail “Hizbullah” içərisndə yaşanan panikadan istifadə edərək, bu qruplaşmanın idarəolunan raketləri də daxil,istənilən hücum imkanlarını sıradan çıxarmaq üçün hər şeyi edəcək. Ümid edək ki, İsrail öz hədəfinə nail olmaq üçün Livan ərazisinin uzunmüddətli və təkrar işğalına yol verməyəcək.

İkinsisi, ”Hizbullah”ın irsini daşımağa və onu nəzarətə götürməyə başlayacaq üçüncü səviyyədən olan liderlər iddia edəcəklər ki, Nəsrullah və onun yoldaşlarının təhlükəsizlik mövqeləri kövrək idi, çünki onların “HƏMAS” kimi girovları yoxdur. Bu isə Livandakı xaricilərin oğurlanması kimi ağılsız plana əl atılmasına gətirib çıxara bilər. Bundan başqa, sərhəddəki tunellərdən keçərək İsrail içində reydlərə cəhd edəcəklər. Ola bilər ki, “Hizbullah”ın bütün dünya üzrə yaradılmış gizli ocaqlarında terror aktlatını aktivləşdirilsin.

Üçüncüsü, milliyətcə ərəb olan Nəsrullah 2020-ci ildə ABŞ PUA-sının zərbəsi ilə öldürülmüş “Qüds” güclərinin lideri Qasem Süleymanidən daha mühüm şəxs deyildi. Lakin Nəsrullah istənilən iranlı ilə müqayisədə ali rəhbər Əli Xameneiyə daha yaxın idi. Ona görə də onun öldürülməsi dini liderə şəxsi zərbə sayılır. Bu kontekstdə Qərbin kövrək hədəflərinə qarşı İran tərəfindən terroçuluğun dəstəklənəcəyi istisna deyil.

Dördüncüsü, Livan “Hizbullah”ın statusunun qəfildən dəyişməsindən şoka düşüb. Hələ bir neçə gün bundan öncə “Hizbullah” bu ölkədə mübahisəsiz güc sayılırdı. İndi “Hizbullah” əleyhinə olan koalisiyanın elementləri “Hizbullah”ın qalıqlarının özlərinə gəlib nəzarəti yenidən bərpa etməsinə qədər yaxşı təşkil olunmaq imkanı qazanıblar. Əsas dəyişikliklərdən biri Livan Silahlı Qüvvələrinin dövlət adından çıxış edərək özünü kifayət qədər güclü hesab etməsi, birlik və liderlik xüsusiyyəti göstərməsdir. Bu, taleyüklü addım üçün vacibdir.

 

 

 

Digər məsələ - xarici oyunçular öz faəliyylərini koordinasiya edəcəklər ki, “Hizbulah”ın meydana gətirdiyi qarışıqlığın yerini onların yerli livanlı müttəfiqləri doldursun. İsrail ola bilər ki, “masanın üstünə süfrə açıb”. Lakin o, Livanın yeni siyasi arxitekturasını qidalandıra bilməz. Yalnız livanlıların özləri xarici dostları sayəsində bunu edə bilərlər. Bu gün bunun edilməsi heç zaman olmadığı qədər daha real görünür.

Beşincisi, HƏMAS-ın 7 oktyabr hücumunun bir illiyi yaxınlaşdığı bir vaxtda İsrailin Livanı da nəzrətina alması Qəzzaya öz təsirini göstərəcək. “HƏMAS” İsrailə ciddi hərbi təhlükə törədə bilməz, ancaq onun tərəfdarları kifayət qədərdir və onlar Qəzza sektorunun idarəetməsinə başqalarının gəlməsinə imkan verməməyə çalışacaqlar. Belə bir vəziyyətdə fələstinlilər hələ də döyüşmək imkanına malik olan “HƏMAS” briqadası ilə İsrailin Qəzzadakı hərbi qüvvələri arasında sıxışıb qalacaqlar.

Altıncısı, nəzərə alsaq ki, ”Hizbullah”ın əli yüzlərcə amerikalılının qanına bulaşıb, onda Nəsrullahın öldürülməsi ABŞ-nin də sevincinə səbəb olmalıdır. Həm də ki, Bayden administrasiyası ABŞ-nin “Sizif əməyi” ilə Qəzzada atəşkəsə nail olmağa cəhd göstərməsi əvəzinə, diqqətlərini mümkün imkanlardan necə yararlanmağa yönəltməlidir.

 

 

Bayden adminsitrasiyasının aktiv diplomatisyası İsrail və Livan sərhədləri boyunca yaşayan mülki insanlara öz evlərinə qayıtmasına və Livanın yeni siyasi arxitekturasının qurulmasına, beynəlxalq tərəfdaşlarla işləməsi istiqamətində yeni təhlükəsizlik rejiminin yaradılmasına yardım edə bilər.

Eyni zamanda, Vaşinqton Tehrana xəbərdalıq etməlidir ki, nüvə silahı əldə etmək istiqamətindəki cəhdlər onun üçün çox ağır nəticələrə gətirib çıxaracaq və buna görə o, böyük hesab ödəyəcək”.

 






Fikirlər