İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...

İsrail ordusu “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın ölümünün təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

“Dəqiq kəşfiyyat məlumatları əsasında hərəkət edən İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun Dahiya rayonundakı yaşayış binasının altında yerləşən “Hizbullah”ın mərkəzi qərargahına hücum edib.

Hücum İsrail vətəndaşlarına qarşı terror fəaliyyətini koordinasiya edən “Hizbullah”ın yüksək səviyyəli rəhbərliyinin qərargahda olduğu vaxt baş verib. Nəsrullah artıq dünyada terror etməyəcək”, - məlumatda deyilir.






Fikirlər