Türkiyə Rusiya KİV-i üçün xüsusi qaydalar tətbiq etdi

 

Rossiya_Turtsiya (1)Türkiyə hakimiyyəti Rusiya jurnalistləri üçün ölkə ərazisində işləməyə dair icazə almaq üçün yeni qaydalar tətbiq edib.
 Azərtaym.az xəbər verir ki, TASS-a bu barədə Türkiyənin Moskvadakı səfirliyindən bildiriblər.
“Türkiyə ərazisində icazəsiz çalışan jurnalistlərə qarşı müxtəlif növ tədbirlər görülə bilər”, – diplomatik nümayəndəlikdən qeyd ediblər.
“Jurnalistlər icazə almaq üçün səfirliyə bir sıra sənədlər, o cümlədən də KİV rəhbərliyindən türk və ya ingilis dilində yazılmış məktub təqdim etməlidirlər. Məktubda səfərin məqsədi, yeri və müddəti, eləcə də müsahibə alınacaq insanların adları qeyd edilməlidir”, – diplomatik nümayəndəlikdən qeyd edilib.
Səfirlikdə bunun bir çox ölkələrdə təcrübədən keçirilən adi prosedur olduğunu izah ediblər.
“Həm də faydalı”, – həmsöhbət əlavə edib.
Bu addımı şərh edərkən, səfirlikdə Rusiya XİN-ə müraciət etməyi və Rusiyada xarici jurnalistlərin yaşaması və işləməsinə dair qaydaların aydınlaşdırılmasını təklif ediblər.
“Rusiyada işləmək icazəsi xarici jurnalistlərə bir neçə həftə ərzində verilir.
Biz ümid edirik ki, belə qısa zaman ərzində bütün lazımi sənədlər təqdim ediləcək” – həmsöhbət misal gətirib.

 






Fikirlər