Əsas Səhifə > Slayd > DOLLARIN QİYMƏTİ İLƏ BAĞLI ƏN NİKBİN SSENARİ –
DOLLARIN QİYMƏTİ İLƏ BAĞLI ƏN NİKBİN SSENARİ –11-11-2016, 15:32 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,80 manat səviyyəsinin üzərinə qalxa bilər Rəsmi məzənnə qalxdıqca kommersiya bankları da dolların alış və satış qiymətlərini qaldırırlar. Artıq banklarda dolların satış qiyməti 1.76 manata yaxınlaşır. Məsələn, bu gün səhər 1 dolları Günaybank 1.7543 manata, Kapital Bank 1.7543 manata, Unibank 1.7543 manata, Yapı Kredi Bank Azərbaycan 1.7542 manata satır. Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir. “Marja”nın məlumatına görə, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər. Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər. USD/AZN rəsmi məzənnəsi
Geri qayıt |