DOLLARIN QİYMƏTİ İLƏ BAĞLI ƏN NİKBİN SSENARİ – İlin sonuna 1,80 manatı keçəcək

bank

Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,80 manat səviyyəsinin üzərinə qalxa bilər

Rəsmi məzənnə qalxdıqca kommersiya bankları da dolların alış və satış qiymətlərini qaldırırlar.

Artıq banklarda dolların satış qiyməti 1.76 manata yaxınlaşır. Məsələn, bu gün səhər 1 dolları Günaybank 1.7543 manata, Kapital Bank 1.7543 manata, Unibank 1.7543 manata, Yapı Kredi Bank Azərbaycan 1.7542 manata satır.

Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir.

“Marja”nın məlumatına görə, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər.
Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,80 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.

Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər.
Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.
Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.
Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır.

USD/AZN rəsmi məzənnəsi

03.10.2016 1.6170
04.10.2016 1.6138
05.10.2016 1.6115
06.10.2016 1.6036
07.10.2016 1.6036
10.10.2016 1.6006
11.10.2016 1.6006
12.10.2016 1.5986
13.10.2016 1.5986
14.10.2016 1.5970
17.10.2016 1.5969
18.10.2016 1.5969
19.10.2016 1.6000
20.10.2016 1.6030
21.10.2016 1.6091
24.10.2016 1.6151
25.10.2016 1.6211
26.10.2016 1.6291
27.10.2016 1.6291
28.10.2016 1.6381
31.10.2016 1.6381
01.11.2016 1.6381
02.11.2016 1.6490
03.11.2016 1.6490
04.11.2016 1.6596
07.11.2016 1.6596
08.11.2016 1.6686
10.11.2016 1.6782
11.11.2016 1.6869






Fikirlər