Əsas Səhifə > Slayd > Milli-MƏNƏVİ dəyərlərə zərbə vuranlar -
Milli-MƏNƏVİ dəyərlərə zərbə vuranlar -16-01-2018, 16:22 |
Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə zərbə vuran paylaşımları, bu yöndə xəbərləri görmüşük. Təəssüf ki, bəzi saytlar da həvəslə belə paylaşımları tirajlayır. Qeyd etməliyik ki, bir çoxları bu cür paylaşımlara sərt reaksiya nümayiş etdirsə də, bəzən elə ən çox müzakirə edilən xəbərlər də onlar olur. Halbuki, həmin paylaşımlar heç bir ictimai məzmun daşımır, əksinə milli dəyərlərimizi alçaltmaqdan o yana keçmir. “Cəmiyyəti maraqlandıran, mövzunu əhatə edən xəbərlərin verilməsi vacib amillərdəndir. Ancaq indi bizim mediada peşəkarlarla yanaşı, qeyri-peşəkarlar da var. Onlar belə hesab edirlər ki, siz dediyiniz xəbərləri yaymaqla reytinq qazana bilərlər. Bunu internet saytlarında tez-tez görürük. Hansı ki, o saytlar 90-cı illərin “sarı mətbuat”ını xatırladır”. Akif Aşırlı qeyd edib ki, milli-mənəvi dəyərləri aşağılayan xəbərləri yaymağa çalışanlar müəyyən oxucu auditoriyası formalaşdırmağa çalışırlar. Ancaq bu zaman cəmiyyətin maraqlarını düzgün qiymətləndirə bilmirlər: “Media cəmiyyətin bir hissəsidir. Cəmiyyətin inkişafında medianın böyük rolu var. Problemlərin göstərilməsində və cəmiyyətimizə yararlı olan mövzuların gündəmə gətirilməsində media bir ictimai institut kimi fəaliyyət göstərməlidir. Ancaq bəzi xəbərlərdə heç bir ictimai çəki yoxdur, sadəcə şəxsi maraqlar var. Bu cür informasiyaların yayılması problemlər yaradır. Bunlar da şəxsi maraqlardan, qeyri-peşəkarlıqdan irəli gəlir”. Akif Aşırlının sözlərinə görə, bu tip xəbərlərin ən əsas məqsədi reytinqdir. Oxucu kütləsi yığmaq üçün atılan addımlardır. “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təəssüflə bildirib ki, mətbuatda, sosial mediada bəzən elm adamları, tarixi qəhrəmanlar, ədəbiyyat nümayəndələri təhqir olunuru: Elçin Mirzəbəylinin sözlərinə görə, bu şəxslər azadlıq, müstəqillik ideyalarını, Azərbaycanın tarixini və dilini gözdən salmağa çalışırlar. Bu qruplar fərqli qruplar olsa da, məqsədləri eynidir: Elçin Mirzəbəyli qeyd edib ki, dünyanın bir çox ölkəsində oxşar hadisələr baş verir. Elçin Mirzəbəyli deyib ki, bizim ölkədə hələ milli dəyərlər tam formalaşmayıb: “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, hazırda mətbuatda milli-mənəvi dəyərləri tapdalayan xəbərlər demək olar ki, yox səviyyəsindədir: Geri qayıt |