Əsas Səhifə > Slayd > “SAQQALLI VƏ RUS DİLİNDƏ PİS DANIŞAN…” – Hesablama Palatası
“SAQQALLI VƏ RUS DİLİNDƏ PİS DANIŞAN…” – Hesablama Palatası13-12-2018, 23:13 |
Sabiq maliyyə naziri Aleksey Kudrinin rəhbərlik etdiyi Rusiya Hesablama Palatası Şimali Qafqazın inkişafı ilə bağlı proqramın icrasını qeyri-qənaətbəxş qiymətləndirib. “AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Hesablama Palatasının xüsusilə Çeçenistan Respublikasında maliyyə vəsaitlərinin təyinatı üzrə düzgün xərclənməməsi barədə rəyinə bu respublikanın başçısı Ramzan Kadırov çox kəskin reaksiya verib. Hesablama Palatası hesab edib ki, təkcə Şimali Qafqazın İnkişafı Proqramına ayrılan vəsaitlərin düzgün istifadə edilməməsi səbəbilə büdcəyə ən azı 3 milyard rubl, yəni təxminən 50 milyon dollaradək ziyan vurulub. Həmçinin, palatanın hesabatında bildirilir ki, regionda 1000-dən artıq iri həcmli tikinti 8 ildir ki, başa çatdırılmamış qalıb. Ancaq Kadırov buna baxmayaraq, böyük nailiyyətlər əldə etdiklərini və Çeçenistanın çiçəkləndiyini iddia edib. Qeyd edək ki, hər il Rusiya büdcəsindən Çeçenistana təkcə dotasiya şəklində 500 milyon dollara yaxın vəsait ayrılır. Rusiya mətbuatında isə həmin vəsaitlərin bir hissəsinin Çeçenistan rəhbərliyi tərəfindən mənimsənildiyi iddia edilir. Geri qayıt |