Əsas Səhifə > Slayd > Mehriban Əliyeva Kremldə naməlum əsgərin məzarını
Mehriban Əliyeva Kremldə naməlum əsgərin məzarını21-11-2019, 23:11 |
Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib. "AzerTaym.az" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib. Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib. Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.
Geri qayıt |