Mehriban Əliyeva Kremldə naməlum əsgərin məzarını ZİYARƏT etdi - FOTOLAR

Mehriban Əliyeva Kremldə naməlum əsgərin məzarını ziyarət etdi- FOTOLAR

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

"AzerTaym.az" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

Mehriban Əliyeva Kremldə naməlum əsgərin məzarını ziyarət etdi- FOTOLARMehriban Əliyeva Kremldə naməlum əsgərin məzarını ziyarət etdi- FOTOLARMehriban Əliyeva Kremldə naməlum əsgərin məzarını ziyarət etdi- FOTOLAR

 






Fikirlər