Əsas Səhifə > Slayd > Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni
Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni1-04-2020, 23:13 |
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı Suriya böhranının nizamlanması, o cümlədən İdlibdə vəziyyəti sabitləşdirmək üçün Rusiya-Türkiyə razılaşmalarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin, koronavirus pandemiyasının yayılması ilə mübarizə istiqamətində görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar və Rusiya vətəndaşlarının Türkiyəyə qayıtmasını təmin etmək sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Geri qayıt |