Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

  "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 Məlumata görə, telefon danışığı zamanı Suriya böhranının nizamlanması, o cümlədən İdlibdə vəziyyəti sabitləşdirmək üçün Rusiya-Türkiyə razılaşmalarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, koronavirus pandemiyasının yayılması ilə mübarizə istiqamətində görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar və Rusiya vətəndaşlarının Türkiyəyə qayıtmasını təmin etmək sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.






Fikirlər