Əsas Səhifə > Slayd > Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi14-01-2025, 15:28 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Salahov Əzizağa oğlu sözügedən vəzifəsindən azad olunub.
![]() Anar Salahov
Onun yerinə Qorçiyev Rüfət Elburus oğlu gətirilib.
Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb. /Qaynarinfo
Geri qayıt |