Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi (FOTO)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Salahov Əzizağa oğlu sözügedən vəzifəsindən azad olunub.
Anar Salahov
Onun yerinə Qorçiyev Rüfət Elburus oğlu gətirilib.
Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb. /Qaynarinfo