Əsas Səhifə > Sosial > Yardımlının milyonçu məmuru:
Yardımlının milyonçu məmuru:7-09-2016, 16:25 |
İyulun 30-dan Yardımlıda maliyyə yoxlamalarına başlanıb. Bu barədə rayondan məlumat verilib. Maliyyə Nazirliyinin komissiyası abadlıq-quruculuq işlərinə ayrılan vəsaitin şəffaf xərclənməsini təftiş edir. Nazirlik əməkdaşlarının maliyyə pozuntuları aşkarladığı qeyd olunur. Xəbərdə bildirilir ki, maliyyə yeyintiləri aşkarlayan komissiya hələ ki Yardımlını tərk etməyib. İddialara görə, dövlət vəsaitlərinin maxinasiyasında icra başçısının müavini Mahir Mirzəyevin adı hallanır. M.Mirzəyev Sevindik Hətəmovun vaxtından müavin vəzifəsində çalışır və keçmiş başçının sevimli kadrı olub. Məlumatda deyilir ki, M.Mirzəyev maliyyə yeyintiləri barədə faktların qarşısında aciz qalıb. Rayonun gəlirli sahələrinə əl qoymuş başçı müavini komissiyaya hesabat verə bilmir. Onun rayonda tikdirdiyi ikimərtəbəli villasını görmək kifayət edir ki, tikinti işlərinə ayrılan büdcə pullarının hara sərf olunduğu qənaətinə gəlinsin. Geri qayıt |