Yardımlının milyonçu məmuru: MAHİR MİRZƏYEV maliyyə yoxlamasında ilişib

rr

İyulun 30-dan Yardımlıda maliyyə yoxlamalarına başlanıb. Bu barədə rayondan məlumat verilib.

Maliyyə Nazirliyinin komissiyası abadlıq-quruculuq işlərinə ayrılan vəsaitin şəffaf xərclənməsini təftiş edir. Nazirlik əməkdaşlarının maliyyə pozuntuları aşkarladığı qeyd olunur.

Xəbərdə bildirilir ki, maliyyə yeyintiləri aşkarlayan komissiya hələ ki Yardımlını tərk etməyib. İddialara görə, dövlət vəsaitlərinin maxinasiyasında icra başçısının müavini Mahir Mirzəyevin adı hallanır. M.Mirzəyev Sevindik Hətəmovun vaxtından müavin vəzifəsində çalışır və keçmiş başçının sevimli kadrı olub. Məlumatda deyilir ki, M.Mirzəyev maliyyə yeyintiləri barədə faktların qarşısında aciz qalıb. Rayonun gəlirli sahələrinə əl qoymuş başçı müavini komissiyaya hesabat verə bilmir. Onun rayonda tikdirdiyi ikimərtəbəli villasını görmək kifayət edir ki, tikinti işlərinə ayrılan büdcə pullarının hara sərf olunduğu qənaətinə gəlinsin.
M.Mirzəyevin mətbuatda siyahısı yayılmış mal-mülklərinə nəzər yetirəndə məlum olur ki, icra başçısının müavini dövlət məmuru yox, milyarder bir burjuydur. Siyahını təqdim edirik: “Şəhriyar” şadlıq evi, yanacaqdoldurma məntəqəsi, Maliyyə İdarəsinin keçmiş binası, Meşə İdarəsinin binası, Avaş kəndi yaxınlığında iri qoyunçuluq və maldarlıq ferması, Deman kənd ərazisində 100 hektarlarla yararlı torpaq sahəsi, iki “Şaqman” KaMAZ, KON tipli texnika və xırda “Belarus”, musiqi məktəbinin köhnə binasının yeri, “Land Kruzer” markalı şəxsi avtomobil və s.(politika.az)






Fikirlər