Əsas Səhifə > Sosial > “Dövlətqaçqınkom”da
“Dövlətqaçqınkom”da21-04-2017, 11:20 |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib. İclasda Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov çıxış edib. Bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ilk müşavirəsini ən həssas təbəqə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etməsi təsadüfi deyil. Ə.Həsənov deyib ki, prezident İlham Əliyevin tapşırığı əsasında məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu il də köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin həlli gündəmdədir. Kollegiya iclasında vurğulanıb ki, qarşıya qoyulmuş vəzifələr vaxtında və keyfiyyətlə yerinə yetiriləcək. ''AzerTaym.az '' Geri qayıt |