“Dövlətqaçqınkom”da kollegiya İCLASI KEÇİRİLDİ

Картинки по запросу əli həsənov məcburi köçkünlər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.

İclasda Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov çıxış edib. Bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ilk müşavirəsini ən həssas təbəqə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etməsi təsadüfi deyil. 
“Martın 9-da Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yararsız, qəzalı vəziyyətdə olan yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bu təbəqədən olan soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəratinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulandı və görülməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırıldı. Bu müşavirədə Mehriban xanım məsələnin həlli yollarını da müəyyənləşdirdi”.

Ə.Həsənov deyib ki, prezident İlham Əliyevin tapşırığı əsasında məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu il də köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin həlli gündəmdədir.
Əli Həsənov deyib ki, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli binalar inşa olunur. Eyni zamanda Prezidentin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.

Kollegiya iclasında vurğulanıb ki, qarşıya qoyulmuş vəzifələr vaxtında və keyfiyyətlə yerinə yetiriləcək.

''AzerTaym.az ''    






Fikirlər