Əsas Səhifə > Sosial > İcra başçısı ilə birgə saxlanılanlardan biri 5 il əvvəl də
İcra başçısı ilə birgə saxlanılanlardan biri 5 il əvvəl də29-04-2020, 17:04 |
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Mediatv.az-a özəl mənbədən sızan xəbərdə bildirilir ki, saxlanılan mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva 5 il əvvəl də həbs olunmuşdu.Belə ki 5 il əvvəl, Xöşbəxt Ağayeva xalq arasında daha çox "VTEK" kimi tanınan 30 saylı TSEK-nın sədri işləyirdi.2015 ci il aprelin 7-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən Xoşbəxt Ağayevanı həbs etmişdi.O zaman axtarış zamanı TSEK sədri Xoşbəxt Ağayevanın üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülmüşdi. Geri qayıt |