Əsas Səhifə > Sosial > Mikayıl Cabbarov Sumqayıt Təhsil Şöbəsinə
Mikayıl Cabbarov Sumqayıt Təhsil Şöbəsinə30-10-2015, 09:13 |
Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olunub. "AzerTaym.az" Strateq.az xəbər verir ki, şəhərdə yerləşən 4 saylı orta məktəbin direktoru Teymur Qırımxan oğlu Səmədov nazir Mikayıl Cabbarovun əmri ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri təyin edilib. Məlumatı Xeberle.com-a yeni müdir təsdiqləyib. Bildirib ki, ayın 29-dan yeni vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin edildikdən sonra keçirdiyi ilk iclasda şəhər təhsil şöbəsinin müdirini, daha doğrusu, o səlahiyyətləri icra edən Vaqif Ələkbərovu kəskin danlayaraq, vəzifədən çıxarıldığını elan etmişdi. Geri qayıt |