Mikayıl Cabbarov Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin etdi

 

Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

"AzerTaym.az"  Strateq.az xəbər verir ki, şəhərdə yerləşən 4 saylı orta məktəbin direktoru Teymur Qırımxan oğlu Səmədov nazir Mikayıl Cabbarovun əmri ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri təyin edilib.

Məlumatı Xeberle.com-a yeni müdir təsdiqləyib. Bildirib ki, ayın 29-dan yeni vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin edildikdən sonra keçirdiyi ilk iclasda şəhər təhsil şöbəsinin müdirini, daha doğrusu, o səlahiyyətləri icra edən Vaqif Ələkbərovu kəskin danlayaraq, vəzifədən çıxarıldığını elan etmişdi. 






Fikirlər