Əsas Səhifə > Avto > Vaqif Əsədov jurnalistləri qınadı: “...
Vaqif Əsədov jurnalistləri qınadı: “...28-07-2017, 17:49 |
Bir neçə gün bundan əvvəl mətbuatda Dövlət Yol Polisi avtomobillərinə xüsusi cihaz quraşdırıldığı barədə məlumat verilib. Qeyd edilib ki, həmin cihazlarla cəriməsi olan maşınlar bir andaca müyyənləşdirilir, həmin nəqliyyat vasitələrinin sürücüləri cərimələnir. “Jurnalist dostlarımızın hər zamanki kimi sensasiya yaratmaq və sanki yeni bir informasiya vermək xətrinə soruşmadan, araşdırmadan yazdığı informasiyadır. Bu sistem 2014-cü ildən tətbiq edilib. Deyilən bu cihaz “İ patrul” sistemidir. Dünyanın qabaqcıl ölkələrindəki kimi, ölkəmizdə də tətbiq edilib. Bu sistemin özəllikləri çoxdur, işin səmərəli təşkilində sistemin müstəsna xidmətləri var. Sistem sürücü-polis münasibətlərində gərginliyi aradan qaldırır, törədilən xətaları avtomatik qeydə alır, mərkəzi məlumat xidməti bazasında olan məlumatları özündə cəmləşdirir. Bütövlükdə bu sistem inspektorların da işini yüngülləşdirir. AzerTaym.az Geri qayıt |