Əsas Səhifə > Avto > Bu da yeni Audi TT
Bu da yeni Audi TT8-01-2014, 10:51 |
![]() Bu avtomobil artıq gələn il meydana çıxmalıdır. Azertaym.Az Auto.az-a istinadən bildirir ki, 2014-2018-ci illər arasında “Audi” öz inkişafına 22 mlrd avro xərcləyəcək. Söhbət, sasən, yeni modellərin buraxılışından, yeniliklərdən və istehsal şəbəkəsinin bütün dünyaya yayılmasından gedir. İnvestisiyaların çox hissəsi – 70 % - məhz yeni modellərə və texnologiyalara sərf olunacaq. Şirkətin rəhbəri Rupert Ştadlerin dediyinə görə, 2015-ci ilədək bütün dünya üzrə “Audi”-nin satışları 1,5 mln avtomobilə çatmalıdır. 2020-ci ilədək markanın portfoliosu hazırki 49-dan 60 modelədək artacaq. Ən yaxın yenilik yeni nəsil sportkar “Audi TT” olmalıdır. Şirkətin verdiyi məlumata görə, o gələn il satışa çıxarılacaq. Bundan başqa, 2016-cı ildən yeni kompakt krossover “Audi Q1”-in istehsalı başlanacaq. Geri qayıt |