Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANda 10 MANATa OTEL açıldı
AZƏRBAYCANda 10 MANATa OTEL açıldı10-04-2016, 19:47 |
Azərbaycanda bir gecəlik qiyməti 10 manat olan hotel fəaliyyətə başlayıb. Fins.az-ın məlumatına görə, adı çəkilən hotel Lənkəran rayonunun Göyşaban kəndində fəaliyyətə başlayan “Mandarin Hotel”dir. Hotelin rəhbəri Nazim Dədəcanov fins.az-a bildirib ki, hotel iki hissədən ibarətdir. Əsas binada bir nəfərlik qiyməti 25 manat olan 2- 3 nəfərlik otaqlar yerləşir. Otaqlar tam təmirlidir. Tək və iki nəfərlik çarpayılar var. Hər bir nömrənin ayrıca hamam və ayaqyolusu, televizor, istilik və soyutma sistemi var. Bu qiymətə səhər yeməyi də daxildir. Bir ay qalanlara qiymət 20 manatdan hesablanır. Geri qayıt |