AZƏRBAYCANda 10 MANATa OTEL açıldı – İLK DƏFƏ
Azərbaycanda bir gecəlik qiyməti 10 manat olan hotel fəaliyyətə başlayıb. Fins.az-ın məlumatına görə, adı çəkilən hotel Lənkəran rayonunun Göyşaban kəndində fəaliyyətə başlayan “Mandarin Hotel”dir. Hotelin rəhbəri Nazim Dədəcanov fins.az-a bildirib ki, hotel iki hissədən ibarətdir. Əsas binada bir nəfərlik qiyməti 25 manat olan 2- 3 nəfərlik otaqlar yerləşir. Otaqlar tam təmirlidir. Tək və iki nəfərlik çarpayılar var. Hər bir nömrənin ayrıca hamam və ayaqyolusu, televizor, istilik və soyutma sistemi var. Bu qiymətə səhər yeməyi də daxildir. Bir ay qalanlara qiymət 20 manatdan hesablanır.
10 manatlıq nömrələr isə hotelin ikinci korpusundadır. Burada sahəsi 6-12 kv.m olan təmirli otaqlarda 2, 4 və 5 nəfər yerləşə bilər. Bu otaqlarda bir nəfərin gecələməsi 10 manata başa gəlir. Otaqlarda açılıb-yığılan çarpayılar qurulur. İsitmə-soyutma sistemi var. Hamam və ayaqyolu isə ümumidir.
Hotelin restoranında yeməklərin qiyməti isə 2-6 manat arasında dəyişir. Yağ, pendir və yumurtadan ibarət səhər yeməyi 2 manata, kabab, dolma, bozbaş kimi ev yeməklərinin qiyməti isə 3,5 -6 manat arasında dəyişir.