İyul ayında bir illik oruc savabı – Ağ günlər
Cərir b. Abdullah’ın rəvayət etdiyinə görə, Peyğəmbərimiz ﷺ belə buyurmuşdur: “Hər aydan üç gün oruc tutmaq, bir il oruc tutmağa bərabərdir. Ağ günlər (həmin gecələrdə ay parıltılı olduğu üçün belə adlanıb) ayın on üçü, on dördü və on beşinci günləridir.” (Nəsai 2419) Parlaq ay – “ağ günlər”-də, Bakıda çəkilmişdir Əbu Hureyrə demişdir: “Dostum (yəni Peyğəmbərimiz ﷺ) mənə ölənə kimi bu əməlləri tərk etməməyimi tövsiyə etmişdir: Avqust ayına təsadüf edən ‘Ağ günlər’də çəkilmiş foto (Qəbələ ş.) Bir illik oruc savabı qazanmaq istəyənlər üçün gözəl fürsət….!
Unudulmuş bir sünnə…
• Hicri tarixi ilə hər ayın 13, 14 və 15-i oruc tutmaq müstəhəb əməllərdəndir.
Hal-hazırda hicri təqvimi ilə Məhərrəm ayındayıq. Bu ayın 13, 14 və 15-ci günləri – 19-20 və 21 İyul tarixlərinə təsadüf edir.
Bu mövzudakı bəzi hədislər aşağıdakılardır:
Peyğəmbərimiz ﷺ, məşhur səhabə Əbu Zər’ə belə demişdir: “Əgər ay içərisində oruc tutmaq istəsən, ayın 13, 14 və 15-i tut.” (Tirmizi, 761)
Hər ay üç gün oruc tutmaq;
Duha namazı;
Yatmazdan əvvəl vitr namazı qılmaq.” (Buxari,1874)
Peyğəmbərimiz ﷺ demişdir:
“Kim bir gün Allah yolunda oruc tutarsa, Uca Allah onu yetmiş il cəhənnəm atəşindən uzaqlaşdırar.” (Buxari)
İSTİ GÜNLƏRDƏ ORUC
Böyük səhabə Əbu Dərda buyurur:
“Axirətdə, məhşər gününün istisi üçün – dünyada ikən ən şiddətli isti günündə oruc tutun! Qəbrin zülməti üçün, gecənin zülmətində iki rükət namaz qılın!” (Lətəiful-Məarif, 323)
www.islamevi.az