Şəhərin baş memarı qadından qaçıb çöllərə düşdü - İcra başçısının qayınatasıdır - VİDEO
Bakupost.az xəbər verir ki, Gədəbəy rayonu, Aytala kənd sakini Lalə Sultanova bu barədə video paylaşıb. Onun sözlərinə görə, icra hakimiyyətinin başçısı Orxan Mürsəlovun tapşırığı ilə "A-Frame” tipli evi məhkəmə qərarı olmadan sökülüb:
“Deyirlər ki, söküntüdə FHN nümayəndələri iştirak edib. Amma mənim əlimdə arayış var ki, orada 1 nəfər də FHN əməkdaşı olmayıb. Heç bir tikinti də aparılmayıb. Modul tipli ev idi, o da boruların üzərində yerləşdirilmişdi. Əlövsət Bayramov bu qanunsuz əməldə şəxsən iştirak edib. İndi isə məni görüb qaçdı. Ona görə ki, restoranın ona aid olduğunu gizlətmək istəyir”.
Lalə Sultanova İcra Hakimiyyətinin memarı Əlövsət Bayramovun ondan qaçdığı videonu da sosial mediada paylaşıb. Gədəbəy sakini ictimaiyyətdən və aidiyyəti qurumlardan kömək istəyib.
Həmin görüntüləri təqdim edirik: