Xamenei İran xalqına MÜRACİƏT ETDİ ...

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran xalqına müraciət edib.

"AzerTaym.az" xəbər verir ki, o, müraciətində İran xalqının son hadisədə dəyanətli, cəsarətli və vaxtında davranışını tərifləyərək, bunu xalqın yüksəlişi, mənəviyyat və qüdrətinin göstəricisi hesab edib.

“İranı, iran xalqını və onun tarixini tanıyan ağıllı insanlar bu millətlə heç vaxt hədələyici dildə danışmazlar. Çünki iran xalqı təslim olmayacaq və amerikalılar bilməlidirlər ki, ABŞ-ın istənilən hərbi müdaxiləsi şübhəsiz ki, bərpaolunmaz ziyana səbəb olacaq”, – İranın ali lideri televiziya müraciətində bildirib.

Xamenei bildirib ki, ki, "İran xalqı məcburi sülhə qarşı möhkəm dayandığı kimi, məcburi müharibəyə qarşı da möhkəm dayanacaq və bu xalq zorakılıq qarşısında heç kimə təslim olmayacaq".

İran mediası həmin çıxışın yaxın zamanda yayımlanacağını açıqlayıb.






Fikirlər