XAMENEİ: “ABŞ 2019-cu ildə İranı QARIŞDIRA BİLƏR”

“Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazırlayıb”.

 “Report” xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.

Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana təzyiqlərini artırıb: “ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.

Bu ilin əvvəlində Ağ Evin mətbuatda “İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamenei deyib: “Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.






Fikirlər