“Putin Melaniyanı təriflədi” - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin onunla telefon danışığında birinci xanım Melaniya Trampı tərifləyib. “Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə çıxışı zamanı danışıb. “Putin mənə dedi ki, “Sizin həyat yoldaşınız böyük hörmətə malikdi”. Soruşdum ki, “Bəs mən?”. “Xeyr, Melaniya daha çox bəyənilir”, - deyə Amerika lideri bildirib.