AĞ EV və Kremldən prezidentlərin görüşü ilə BAĞLI AÇIQLAMA
Musavat.com-un habertürk-ə istinadən verdiyi məlumata görə, bu barədə yayılan xəbərləri Ağ Ev sözçüsü Sara Sanders təsdiqləyib. Ağ Ev sözçüsü bildirib ki, Donald Tramp və Amerikanın birinci xanımı Melaniya Tramp bir çox dünya liderləri, o cümlədən Putinlə qeyri-rəsmi olaraq görüşüblər. Bundan başqa Kreml sözçüsü Dmitri Peskov da baş tutmuş bu qeyri-rəsmi görüş haqda mətbuata açıqlama verib. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında yaşanan Kerç böhranı səbəbindən ABŞ prezidenti Donald Tramp Putinlə ikitərəfli görüşünü ləğv etmişdi.
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Putin Argentinada G-20 çərçivəsində qeyri-rəsmi görüşüblər.
"Putin və Tramp arasında G-20 sammiti çərçivəsində qısa görüş oldu" - deyə Peskov bildirib.