Tramp Putinlə görüşdən İMTİNA ETDİ
ABŞ prezidenti Donald Tramp Parisdə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib. Oxu.Az xəbər verir ki, bununla belə o, Putinlə Argentinada G-20 sammiti çərçivəsində görüşə biləcəyini istisna etməyib. “Əmin deyiləm ki, biz Parisdə görüşəcəyik. Güman ki, yox”, - deyə Tramp bildirib. Qeyd edək ki, bir müddət öncə ABŞ və Rusiya prezidentlərinin Parisdə noyabrın 11-də görüşəcəyi barədə məlumatlar yayılmışdı.