«YALANÇI KİV-lər ABŞ-ı Rusiya ilə QARŞIDURMAYA itələyirlər» – Tramp
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, prezident Donald Tramp bəyan edib ki, ABŞ-ın liberal KİV-i Rusiya və ABŞ arasında qarşıdurma görmək istəyirlər . Bu da silahlı münaqişəyə gətirib çıxara bilər. «Yalançı KİV-lər Rusiya ilə miqyaslı qarşıdurmanı, hətta müharibəyə gətirib çıxaracaq qarşıdurmanı, necə güclə istəyirlər!» - deyə, Tramp öz «Tvitter»ində yazıb. «Bizim işlərimiz istənilən başqa dövlətlə olduğundan daha yaxşı gedir» – deyə, iyulun 16-da Helsinkidə Putinlə görüşmüş Tramp qeyd edib.
Dövlət başçısının sözlərinə görə, nəşrlər necə ağılsızcasına təzyiq göstərirlər. Bu fakta nifrət edirlər ki, Tramp Rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlərə ümid edir.