«Tramp – Putinin oyuncağı DEYİL Kİ?»

tramp

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Luiziana ştatının (ABŞ) sakinləri Konqresə belə bir çağırışla müraciət ediblər: «Tramp – Putinin oyuncağı deyil ki?».

Donald Trampın Kremllə mümkün əlaqələri barədə hələ seçki kampaniyası zamanı onun başlıca rəqibi, demokrat Hillari Klinton bəyan etmişdi.

İndi isə Luiziana ştatının sakinləri öz senatorları, respublikaçı Bill Kessidi ilə görüş zamanı onun vasitəsilə Konqresə müraciət edərək, Trampın Rusiya Prezidenti Vladimir Putinin oyuncağına çevrilib-çevrilmədiyini yoxlamağı tələb ediblər.

Milyarder Tramp hələ seçki kampaniyası dövründə rusiyalı liderə hörmətlə yanaşdığını gizlətməmişdi və ümid etdiyini bildirmişdi ki, onunla yola gedə biləcək. Bununla yanaşı, o, qeyd etmişdi ki, Rusiya da guya, Trampın şəxsində Ağ evdə «cib Prezidenti» tapdığına görə, özündən razı vəziyyətə düşməməlidir.






Fikirlər