“PUTİN YORULUB, YAXŞI GÖRÜNMÜR...” – Trampdan ilginc AÇIQLAMALAR...

ABŞ Prezidenti Donald Tramp yenə birmənalı qarşılanmayan açıqlamalarla çıxış edib.

“AzPolitika” xəbər verir ki, “Fox News” telekanalına yeni müsahibəsində Tramp Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə cümə axşamı Türkiyədə görüşməkdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən, könülsüz şəkildə Putini sülhə maneə adlandırıb.

Əvəzində, yenə Zelenskidən şikayətlənib: "Qulaq asın, Zelenski ilə çox çətin söhbətim oldu, çünki onun dediklərini bəyənmədim və o, bunu asanlaşdırmaq istəmədi. Və mən həmişə deyirdim ki, onun heç bir “kozırı” yoxdur, “kozırı” yoxdur, bilirsiniz, düzünü deyirəm”.

Xüsusi elçisi Stiv Uitkoffu tərifləyən Tramp, buna baxmayaraq, məhz özünün Putinlə görüşünə ehtiyac olduğunu deyib: "Mən həmişə hiss etmişəm ki, mənsiz görüş ola bilməz, çünki(mənsiz) anlaşmanın olacağını düşünmürəm. Biz bir araya gəlməliyik və düşünürəm ki, yəqin ki, bunu planlaşdıracağıq, çünki başqalarının getməsindən, görüşməsindən və başqa şeylərdən yorulmuşam. Düşünürəm ki, Putin bütün bunlardan yorulub. O, yaxşı görünmür, o isə yaxşı görünmək istəyir. Unutmayın, bu bir həftəyə bitməli idi”.

Eyni zamanda ABŞ Prezidenti Rusiyaya qarşı daha əvvəl tətbiq edə biləcəyi sanksiyaların tətbiqinin mümkünlüyündən də danışıb.

 

O, əlavə sanksiyaların müzakirə olunduğunu deyib:"Bunu həmişə ehtiyatımda saxlayıram. Lazım gələrsə, bundan istifadə edəcəyəm. Bundan istifadə etməməyə üstünlük verərdim. Yeri gəlmişkən, bu, çox vacibdir".






Fikirlər