Türkiyə-ABŞ-Ukrayna görüşü bitdi - Video - Yenilənib

turkiye-abs-ukrayna-gorusu-bitdi

Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN-dən əldə edilən informasiyaya əsasən “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü yerli vaxtla saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Türkiyə Prezidentinin Dolmabağça sarayındakı ofisində baş tutacaq.

Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü də yerli vaxtla saat 12.30-da (Bakı vaxtı ilə 13:30) eyni məkanda keçiriləcək.

***

TASS-ın məlumatına görə, Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri üçtərəfli görüşün keçiriləcəyi Türkiyə Prezidentinin Dolmabağça sarayındakı ofisinə gəliblər.

***

Ukrayna XİN-in yaydığı məlumata əsasən, İstanbulda ABŞ, Türkiyə və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Üçtərəfli görüşdə ABŞ nümayəndə heyətinə Dövlət katibi Marko Rubio, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq, ölkənin Türkiyədəki səfiri Tom Barrak daxildir. Ukraynanı görüşdə ölkə Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov və XİN rəhbəri Andrey Sibiqa, Türkiyəni isə xarici işlər naziri Hakan Fidan təmsil edir. 

***

TASS-ın Türkiyə XİN-dəki mənbəyə istinadən məlumatına görə, Türkiyə, ABŞ və Ukrayna nümayəndələri arasında görüş başa çatıb. 

 



 






Fikirlər