Ərdoğan Əliyevi çağırdı, Paşinyan da qoşuldu – Tiranada maraqlı anlar + VİDEO

Avropa Siyasi Birliyinin 6-cı Zirvəsində Tüerkiyə, Azərbaycan və Ermənistan liderləri arasında maraqlı bir an yaşanıb.

Belə ki, zirvənin keçiriləcəyi Opera Binasına gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir başlamazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi yanına dəvət edib və ikili arasında söhbət olub. Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da bu söhbətə qoşulub. Üç liderin samimi və ayaqüstü müzakirəsi iştirakçılar və media tərəfindən diqqətlə izlənilib.

Qısa müddətli bu söhbət zamanı tərəflərin üzlərindəki təbəssüm və mehriban davranışlar diqqətdən yayınmayıb. Görüntülər bölgədə normallaşma prosesləri baxımından ümidverici siqnal kimi dəyərləndirilib.

Ad - 00:19

 

Qeyd edək ki, Tiranada keçirilən toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Zirvə həm diplomatik görüşlər, həm də siyasi dialoqlar baxımından mühüm platforma kimi qiymətləndirilir.

 

 


 






Fikirlər