İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü söhbətləşdi - VİDEO
Tacikstanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü təmas baş tutub. AzerTaym.az virtualaz.org-a istinadən xəbər verir ki, sammitin rəsmi açılış mərasimi zamanı MDB ölkələrinin liderləri əlifba sırası ilə yanaşı dayanıblar. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri yanaşı durmalı olub. Rəsmi fotoçəkiliş başa çatdıqdan sonra MDB liderləri sammitin keçirildiyi zala istiqamət alıblar, bu zaman İlham Əliyevlə Nikol Paşinyanın ayaqüstü nəsə danışdıqları kameralar tərəfindən qeydə alınıb. İlham Əliyevlə Nikol Paşinyan arasında ilk təmas bu ilin iyun ayında Moskvada futbl üzrə Dünya Çempionatının açılış mərasimi zamanı baş tutub. Paşinyan bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin onu Azərbaycan dövlət başçısı ilə tanış edib. Amma Paşinyanın sözlərinə görə, məsələ formal tanışlıqdan uzağa getməyib. İndi isə Paşinyanla Əliyev ilk dəfə bir-birləri ilə danışıblar. Bu, Nikol Paşinyanın Qarabağa dair ziddiyətli və qızışdırıcı bəyanatlarından, Azərbaycan prezidentinin ona sərt xəbərdarlığından sonra baş tutur. O da bildirilir ki, Tacikistan prezidenti MDB sammitinin iştirakçılarının şərəfinə ziyafət verərkən Nikol Paşinyan masanın baş tərəfində tək oturub. Qalan prezidentlər isə yanaşı oturublar.