Putin Paşinyana elə bir şey etdi ki. .. - Ermənilər Moskva görüşünün ŞOK GİZLİNLƏRİNİ AÇDI
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü istənilən nəticəni verməyib. Erməni ictimaiyyəti Paşinyanı Putinin tələsinə düşməkdə və təcrübəsizlikdə ittiham edir.
Publika.az xəbər verir ki, erməni şərhçi Tevos Arşakyan Paşinyanın xarici siyasət təcrübəsinin yoxluğuna diqqət çəkib: “Heç kimə sirr deyil ki, Paşinyanın xarici siyasət təcrübəsi yoxdur və bu, Ermənistana qəddar zarafata başa gəldi. Demək olar ki, Paşinyan hökuməti rusların məharətlə qurduğu tələyə düşdü və burada qazanan Moskva ilə Bakı oldu”.
Erməni şərhçi yazır ki, Paşinyan qaçaraq Putinin görüşünə getdi.
“Daha sonra iki ölkə arasında münasibətlərin inkişafı haqqında bəlağətli bəyanatlar verdi. Halbuki, Paşinyanla görüşdən əvvəl Putin İlham Əliyevlə görüşmüşdü və həmin görüşdə 16 sənəd imzalanmışdı. Paşinyanla isə heç bir sənəd imzalanmadı. Əvəzində Putin Paşinyanı tələyə salaraq, onun Qərbə inteqrasiya siyasətinin qarşısını aldı”, - deyə erməni şərhçi qeyd edib.