PAŞİNYANIN PUTİNDƏN Azərbaycanla bağlı ŞOK İSTƏYİ
Bu gün Soçidə Avrasiya İqtisadi İttifaqının yüksək səviyyəli sammiti öz işinə başlayır. Publika.az xəbər verir ki, sammitdə Ermənistanı yeni baş nazir Nikol Paşinyan təmsil edəcək. Məlumatlara görə, sammit çərçivəsində Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə də təkbətək görüşü gözlənilir. Əslində bütün diqqət məhz bu görüşdədir. Ekspertlər Rusiyanın Ermənistanda Paşinyan hökumətinə münasibətinin bu görüşdən asılı olduğunu hesab edirlər.
Putinlə Paşinyan nələri müzakirə edəcək?
Hazırda ən çox müzakirə olunan sual budur. Təbii ki, görüşün ana xəttini bundan sonra Moskva-İrəvan münasibətləri təşkil edəcək. Ruslar öz forpostlarında başqa ağalara imkan vermək fikrində deyil, bu baxımdan, Qərb dəstəyi ilə Sarkisyanı devirən Paşinyanın qarşısında müəyyən şərtlərin irəli sürülməsi ehtimalı böyükdür.
Karnegi fondunun Moskva mərkəzinin saytında dərc olunmuş analitik məqalədə deyilir ki, Paşinyan sələfi Sarkisyandan fərqli olaraq Putinin qarşısında bir neçə şərti sərt şəkildə qaldıracaq.
“Mümkündür ki, Paşinyan Putindən Rusiyanın Azərbaycana silah satışının dayandırmasını istəyəcək”, - deyə fondun analitikləri qeyd edirlər.
Erməni siyasi şərhçi Sarqis Artsruni də yazır ki, Paşinyanın Putindən Azərbaycanla bağlı xahiş edəcəyi istisna deyil: “Sarkisyan “aprel müharibəsi”ndən sonra dəfələrlə Rusiyadan Azərbaycana silah satışını dayandırmağı istəmişdi, lakin uğursuz oldu. Paşinyan da məhz bu məsələni gündəmə gətirəcək”.