Pezeşkiandan Tramp haqqında ŞOK SÖZLƏR: "Bunu edə bilməzsiniz"
İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri zamanı verdiyi açıqlamalarla bağlı sərt çıxış edib. Musavat.com xəbər verir ki, o, Trampın bölgədə təhdidlər, etibarsızlıq və ikili rəftar yaydığını bildirib. "Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə ən qabaqcıl kütləvi qətl vasitələri ilə hədələyir. Siz eyni zamanda sülh tərəfdarı və öldürücü silahların tərəfdarı ola bilməzsiniz. Bir prezidentin "dağıdıcı gücə malik silah istehsal etmişik" deməsi sülh və qlobal təhlükəsizlik mesajına ziddir", - İran prezidenti bildirib. Pezeşkian danışıqların tərəfdarı olduqlarını və danışıqlar aparacaqlarını dilə gətirib: "Biz heç vaxt təhdidlərdən qorxmuruq".