PUTİNİN Əliyevə dedikləri İrəvanı ŞOK SALDI - Moskva görüşünün PƏRDƏARXASI

Putinin Əliyevə dedikləri İrəvanı ŞOK SALDI - Moskva görüşünün PƏRDƏARXASI

Bu gün Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək. Mərasimə Azərbaycan lideri İlham Əliyev və digər ölkələrin rəhbərləri də qatılır. Ermənistanın baş naziri Nikol Paşinyan da rusların torpağındadır. Məlumdur ki, Moskvada təkcə futbol bayramı keçirilmir, həm də bayram atəşfəşanlığının altında siyasi müzakirələr də gedir. Hər-halda ən mühüm siyasi müzakirələri gizlətmək üçün atəşfəşanlıqdan yaxşı kamuflyaj ola bilməz.

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Paşinyanın görüşü keçirilib.


Ermənistan mediası görüşlə bağlı maraqlı məqamlara toxunub.

Paşinyan baş nazir seçiləndən sonra Putinlə 14 mayda Soçidə ilk dəfə görüşdü. İyunun 13-də keçirilən görüş isə ikinci oldu. Lakin üçüncü görüşün nə vaxt olacağı maraqlıdır. Çünki Putin Paşinyanla görüşdə üçüncü görüş haqqında danışmadı. Hərçənd, Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəndə ikitərəfli məsələləri müzakirə etmək üçün avqustun 30-da nəzərdə tutulan görüşü səbirsizliklə gözlədiyini açıqladı.

Paşinyan Putinlə görüşdə belə görüşlərin sıx keçirilməsini arzuladığını bildirdi. Lakin Putinin cavabı müsbət olmadı və indi əsas sual belədir ki, Putinlə Paşinyan nə vaxt ikitərəfli görüş keçirəcəklər. İlk görüş Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olmuşdu, ikinci görüş futbol çempionatının açılış mərasimində. Yəni hər iki görüş ikitərəfli xarakter daşımır.

Görünür, Putin hələ ki “kəşfiyyatla məşğuldur”. Paşinyanla münasibətlər o həddə deyil ki, rəsmi görüş keçirilsin. Rusiya lideri Ermənistanın yeni baş nazirinə inanmır.






Fikirlər