“Azərbaycan Prezidenti İLHAM ƏLİYEVLƏ…” – Paşinyan MÜHARİBƏNİ SEÇDİ
Azərbaycan Prezidenti İlham Əliyevlə görüş haqqında heç bir danışıq aparılmır. Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Brüssel aeroportunda jurnalistlərlə söhbətin gedişatında bildirib. Azərbaycan və Ermənistanın XİN rəhbərləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın iyunun 12-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldəki ilk görüşünün nəticələrinə gəlincə, Paşinyan bildirib ki, görüşü dönüş nöqtəsi hesab etmir. “Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda bu ilk təmasdır. Birinci görüşdən hər hansı nəticə gözləmək yanlışdır. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, - o qeyd edib. Azərbaycan və Ermənistan arasında dialoq üçün müvafiq atmosferin olmadığını deyən Paşinyan vurğulayıb ki, ölkəsi hadisələrin istənilən inkişafına hazır olmalıdır.