Xalq artistindən aparıcının qalmaqallı çıxışına SƏRT REAKSİYA: "Danışığını bilməyən ağılsız"

Xalq artistindən aparıcının qalmaqallı çıxışına SƏRT REAKSİYA: “Danışığını bilməyən ağılsız”

Xalq artisti Faiq Ağayev “Kanal S”in aparıcısı Nigar Fərhadın “oğluma atasız qız almaram” sözlərinə sərt reaksiya verib.

 AzerTaym.az xəbər verir ki, müğənni aparıcını “danışığını bilməyən ağılsız” hesab edib.

“O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, “oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyə izn vermərəm”. Yenə başadüşülən olar. Eynən “qızımı qadına hörmət etməyən oğlana vermərəm” fikri kimi.

Əvəzində mağara düşüncəsi qoyur ortalığa.

Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb…

Çox acınacaqlı haldır”, – deyə Xalq artisti bildirib.

Qeyd edək ki, “Kanal S” televiziyasının aparıcısı Nigar Fərhadın efirdə “Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm” ifadəsi müzakirələrə səbəb olub.//Oxu.az






Fikirlər