Azərbaycanda insanların düzldüyü bu uzun növbənin səbəbi BAYRAMLAŞMAQ ... – VİDEO
Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib. “AzerTaym.az” qafqazinfo-ya istinadən xəbər verir ki, bayram günü kəndlilər sıraya düzülüb bir-biri ilə bayramlaşırlar. Məlumata görə, həmin gün küsülü olan həmkəndlilər də aralarındakı incikliyə son qoyurlar. Sakinlərin sözlərinə görə, bu maraqlı adət rayonun başqa kəndlərində də yayılıb. Həmin görüntüləri təqdim edirik: