Obama ümid edir ki, Tramp Klintona qarşı qisasçılıq etməyəcək

11053571-obama-vyrazil-nadezhdu-chto-na-postu-pr

AzerTaym.az «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, ABŞ Prezidenti Barak Obama ümid edir ki, milyarder Donald Tramp prezident seçkilərində rəqibi olmuş Hillari Klintondan qisas almaq məqsədilə cinayət təqibli araşdırmalara başlamaq üçün imkan aramayacaq. Bu barədə Ağ evin mətbuat katibi Coşua Ernest çərşənbə günü keçirdiyi brifinqdə xəbər verib.

«Bizim çoxdankı ənənələrimizə görə, hakimiyyətdə olan insanlarımız siyasi qisasçılıq məqsədilə cinayət mühakiməsi sistemindən istifadə etmirlər. Prezident ümid edir ki, bu ənənə davam etdiriləcək» - deyə, bu mövzuda sualı cavablandıran Ağ ev rəsmisi bəyan edib.

Bundan əvvəl Trampın seçki qərargahının başçısı Kellienn Konuzey yeni administrasiya tərəfindən sabiq dövlət katibinə yönəlik araşdırmalar aparmaq üçün xüsusi prokuror təyin olunacağını istisna etməmişdi. O, bəyan etmişdi ki, son vaxtlar biznesmenlə bu məsələni müzakirə etməyib, amma onu da əlavə etmişdi ki, onların arasında belə söhbət olacaq: «Biz, son günlər bunu müzakirə etməmişik, amma hesab edirəm ki, vaxtı çatanda bu, baş verəcək».

Seçkiqabağı kampaniyanın gedişi zamanı Tramp dəfələrlə bəyan edib ki, Klinton korrupsiya ilə əlaqəlidir və özünün fonduna ianələr etmiş dövlətlərə yönəlik siyasi sferada müəyyən xidmətlər göstərib. Seçkilərdə qələbə çalacağı təqdirdə, respublikaçı namizəd Klinton fonduna qarşı araşdırmalara başlanacağını vəd etmişdi.

Avqust ayında fondda inandırmağa çalışmışdılar ki, prezident seçkilərində Klintonun qələbə çalacağı təqdirdə, təşkilat xaricdən ianələr almağı dayandıracaq.






Fikirlər