ABŞ İran üçün FƏLAKƏT SSENARİSİNİ təsdiq etdi

ABŞ İran üçün FƏLAKƏT SSENARİSİNİ təsdiq etdi

Vaşinqton İran neftinin idxalını sıfra qədər yaxınlaşdırmaq üçün bir sıra ölkələrlə işləyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Bu təzyiqlərin mərkəzində İranın bank və energetika sektoruna qarşı sanksiyaların yenilənməsi dayanır. Biz son bir neçə həftədir ki, İran neftini idxal edən ölkələrlə işləyirik. Hədəfimiz noyabrın 4-nə kimi idxalı sıfıra qədər azaltmaqdır”, - Pompeo Kaliforniyada Ronald Reyqan Fondunda çıxışında deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də 2015-ci ildə imzalanan Birgə hərtərəfli iş Planından Vaşinqtonun çıxdığını elan edib. Sənəd ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvinə əvəz olaraq Tehranın nüvə proqramını məhdudlaşdırırdı.

Tramp yalnız əvvəlki sanksiyaları qaytarmağa deyil, həm də yeni məhdudlaşdırıcı ölçüləri daxil etməyə söz verib. İranın energetika sektoruna toxunan sanksiyalar noyabrın 4-də yenilənəcək. Güman edilir ki, sanksiyalar İranla işgüzar əlaqələri dəstəkləyən üçüncü ölkələrə qarşı da hərəkət edəcək.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdə ikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei isə bir neçə gün əvvəl ABŞ-ı təhdid edib. O deyib ki, İranın neft ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək.

“İranın regionda olması onun gücünü və təhlükəsizliyini təmin edir. Mən həmişə ABŞ hökumətinin sözlərinə və ya imzalarına etibar etməmək barədə israr edirəm, buna görə də ABŞ-la danışıqlar faydasızdır. Avropa ilə danışıqlar davam edə bilər, amma biz Avropa paketini gözləmək məcburiyyətində də deyilik. Prezidentin dediyi “İran neftinin ixracına maneələr olacağı təqdirdə, regionda heç bir ölkənin nefti ixrac olunmayacaq” - sözləri İranın sisteminin siyasətini və yanaşmasını əks etdirən vacib sözlərdir”, - deyə Ayətullah Xamenei qeyd edib.






Fikirlər