Ukrayna Rusiyanın 40-dan çox təyyarəsini məhv etdi - VİDEO

ukrayna-rusiyanin-40-dan-cox-teyyaresini-mehv-etdi

 

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın hərbi aerodromlarına PUA hücumu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.

Məlumata görə, Murmansk vilayətindəki “Olenya” və İrkutsk vilayətindəki “Belaya” aerodromları Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Murmansk vilayətinin qubernatoru Andrey Çibis regiona PUA-ların hücumunu təsdiqləyib.

UNİAN agentliyinin məlumatına görə, əməliyyat zamanı Rusiyanın 40-dan çox bombardmançı təyyarəsi, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 vurulub, dəymiş ziyan 2 milyard dollardan çox qiymətləndirilir.

 






Fikirlər