Rusiya Ukraynaya 8 S-300-lə hücum etdi ...

rusiya-ukraynaya-8-s-300-le-hucum-etdi

“Rusiya noyabrın 29-dan 30-na keçən gecə 8 S-300 raketi və 20 PUA ilə Ukraynaya hücum edib”.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlama yayıb.

Açıqlamada Rusiya hərbçilərinin hücumlarda 20 ədəd “Şahed” tipli PUA-dan istifadə etdiyi, döyüş əməliyyatları nəticəsində 14 İHA-nın məhv edildiyi bildirilib.

Həmçinin, Rusiyanın Donetsk bölgəsinə 8 ədəd S-300 raketləri ilə hücum etdiyi qeyd edilib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun bu gecə S-300 raketləri ilə Donetsk vilayətinin Pokrovsk, Novoqrodivka və Mirnoqrad şəhərlərinə intensiv hücum təşkil etdiyini bildirib.

Klimenko rus əsgərlərinin Mirnoqrad şəhərindəki polis məntəqəsini 2 S-300 raketi ilə vurduğunu, hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.“Qafqazinfo” 






Fikirlər