“Nisə Qasımova qardaşının mənimlə evlənməsinə razılıq vermədi, bu günə qədər biz danışmırıq”- İDDİA+FOTO

“Nisə Qasımova qardaşının mənimlə evlənməsinə razılıq vermədi, bu günə qədər biz danışmırıq”- <span style=color:red>İDDİA+FOTO

“Bir zamanlar AZTV-də efirə çıxanda bu gün müğənni olan bir çoxları heç efirə buraxılmırdı. İndi dövran tərsinə dönüb. Mənə “Azərbaycanlı Sezen Aksu” deyirdilər. Ona oxşarlığım, bənzərliyim göz önündə idi. Hətta bizi səhv salırdılar. Əfsuslar olsun ki, uzun illər öncə Türkiyədə qastrol səfərində olarkən onunla görüşmə imkanı əldə etsəm də, son anda bu görüş baş tutmadı. Yəqin ki, bu da qısqanclıqdan baş verdi. Çünki bilirdilər ki, onunla görüşsəm o məni çox sevəcək və mənim üçün hər yerdə, hətta Türkiyə şou-biznesində də yaşıl işıq yanacaq. Ona görə də bu görüşə əngəl oldular”.

“Nisə Qasımova qardaşının mənimlə evlənməsinə razılıq vermədi, bu günə qədər biz danışmırıq”- <span style=color:red>İDDİA+FOTO

Bunu Medianews.az-a açıqlamasında bir zamanlar ən məşhur müğənni olan, bu gün gündəmdən uzaqlaşan və hazırda Türkiyədə yaşayan Roza Rəhimli deyib.

Roza Rəhimli deyir ki, bu gün də Sezen Aksu ilə görüşməyə can atır, amma bu arzusu hələ ki, arzu olaraq qalıb: “Amma ürəyimdən keçir ki, gedib görüşüm. Bəlkə qəbul edəcək? Yəqin ki, onun da qəbul saatları var. Yaşadığı evin önündən keçən fanatları onun mahnılarını oxuyub, sevgilərini ona bu yolla bildirirlər. Ona deməyə gözəl sözlərim var. Neçə illərdir ki, ürəyimdə saxlamışam. Onun səsinə, mahnılarına vurğunam. Səhv etmirəmsə artıq konsert də vermir. Sakit, şöhrətdən, gözdən, könüldən uzaq bir həyat yaşayır”.

“Nisə Qasımova qardaşının mənimlə evlənməsinə razılıq vermədi, bu günə qədər biz danışmırıq”- <span style=color:red>İDDİA+FOTO

Roza Rəhimli sənətdəki dostlarından da danışıb:
“Teymur Əmrah hər zaman məni itirib-axtarır. İndi Türkiyədəyəm, mənə dedilər ki, Teymur Əmrah səni axtarırdı. Müğənni Aslan Hüseynovla da dost idik. Xalq artisti Naibə Allahverdiyeva ilə yaxın rəfiqəyik. Amma bir çoxlarından ummuram. Çünki bu sənət vəfasız sənətdir. Nə qədər ki, gəncsən, gözəlsən, gündəmdəsən səni axtaracaqlar. Bir az düşdünsə heç kim sənə kömək etməyəcək. Bu dünyanın işi budur. Yüksəklərdə olanda səni hamı axtaracaq. Axtaran da sağ olsun, axtarmayan da” deyə müğənni bildirib.

“Nisə Qasımova qardaşının mənimlə evlənməsinə razılıq vermədi, bu günə qədər biz danışmırıq”- <span style=color:red>İDDİA+FOTO

Roza Rəhimli illər əvvəl qalmaqal yaşadığı müğənnilərdən də danışıb:
“Mən əslində qalmaqal adamı deyiləm. Amma aramızda anlaşılmazlıqlar olub. Musa Musayev və Təranə Qumralla illər əvvəl aramızda söz-söhbət düşmüşdü. Bu da toy üstündə olub. Məndən onları toya istəmişdilər. Mən də xəbər etmişdim və belə danışmışdıq ki, məni də götürüb, birlikdə toya gedəcəyik. Elə oldu ki, özləri getmişdilər, mənə xəbər etməmişdilər. Mən də bunu özümə qarşı hörmətsizlik kimi gördüm. Sonra aramızdakı inciklik aradan qalxdı. Musa Musayev mənimlə çox işləyib.

“Nisə Qasımova qardaşının mənimlə evlənməsinə razılıq vermədi, bu günə qədər biz danışmırıq”- <span style=color:red>İDDİA+FOTO

Musa mənə çox təklif edirdi ki, gəl bir yerdə işləyək. Amma aramıza girənlər oldu. Bu da xalq artisti Nisə Qasımovanın qardaşı Çingiz idi. İmkan vermirdi ki, iş görək. Məni qısqanırdı. Çingizlə bizim aramızda dostluq var idi. Sonra bu dostluq sevgiyə çevrildi. Biz evlənmək istəyirdik. O məndən yaşca çox kiçik idi. Məni möhkəm sevirdi. Nisə xanım da buna qarşı çıxırdı, bu izdivaca razı deyildi. İndiyə qədər Nisə xanım məni bağışlamır. Çox məclislərdə rast gəldim, üzr istədim, amma barışmadı, indiyə qədər kin saxlayır. Mənim burada günahım yox idi. O məni sevirdi. Nisə xanımı da, sənətini də çox sevirəm. Sizin vasitənizlə ona deyərdim ki, imkanı varsa mənimlə barışsın, kim saxlamasın. Ölümlü-itimli dünyadır. Nisə xanım özü bir aləmdir. Sənətimizin, səhnəmizin kraliçasıdır”.

“Nisə Qasımova qardaşının mənimlə evlənməsinə razılıq vermədi, bu günə qədər biz danışmırıq”- <span style=color:red>İDDİA+FOTO
Qeyd olunan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

 

 






Fikirlər