“Ruhəngiz, məndən üzr istə ki, qələt etmişəm ki, satqın olmuşam” - Kəmalə Rəhimlidən ŞOK...

“Ruhəngiz, məndən üzr istə ki, qələt etmişəm ki, satqın olmuşam” - Kəmalə Rəhimlidən ŞOK...

“Ay axmaq, sən kimsən ki, mənim kanallara çıxmağıma mane olasan?”

Ötən gün əməkdar artist Ruhəngiz Musəvinin Arb kanalında yayımlanan “Elgizlə izlə” verilişində danışdıqları qalmaqala səbəb olub. Sən demə müğənninin ittihamlarının ünvanı, əməkdar artist Kəmalə Rəhimli olub. O ad çəkməsə də həmkarının ünvanına bəzi ifadələr işlədib.
 
Qarşı tərəfi danışdırmağa cəh etdik. Xatırladaq ki, uzun illərdir mətbuatdan uzaq gəzən, heç bir yerə müsahibə verməyən sevilən müğənni Kəmalə Rəhimli ötən həftə elə bizim saytda susqunluğunu pozmuşdu. Heç vaxt adı qalmaqallarda hallanmayan sənətkarı güc-bəla ilə də olsa danışdırmağa müvəffəq olduq. Kəmalə xanım bu söz-söhbətin nədən qaynaqlandığını ilk dəfə açıqlayıb.
 
 
“Birincisi bizim bu haqda danışmağa, 7 il əvvəl olub-bitən söhbəti yenidən gündəmə gətirməyə ixtiyarımız yoxdur. Çünki bu qədər şəhidlərimiz, qazilərimiz, dünyasını dəyişən sənətkarlarımız var. Ayıbdır ki, illər öncə olan söhbəti gündəmə gətirəsən! Məni tanıyanlar çox yaxşı bilir ki, qalmaqallardan, səs-küylərdən uzaq biriyəm. Hər zaman sənətimlə məşğul olmuşam, sənətimlə gündəmə gəlmişəm. Bu qədər efirlər məni verilişlərə dəvət edir, amma hələ ki, getmək istəmirəm. Hər zaman tamaşaçılarım tərəfindən böyük sevgi ilə qarşılanmışam. Amma dünən olan bu mövzu haqda danışmaya bilmərəm. Danışmalıyam və həqiqətləri söyləməliyəm ki, məni sevən tamaşaçılar məsələdən xəbərdar olsun ki, bu Ruhəngiz Musəvi niyə efirdə göz yaşı tökür! 10 il bundan öncə Ruhəngiz Musəvi mənə dedi ki, Kəmalə, gəl qalmaqal yaradaq. Ona dedim ki, Ruhəngiz, mən sənətə çimərlik geyimində gəlməmişəm. Mən sənətə təhsil alıb, gözəl konsert salonlarından, ən əsası isə dahi Rəşid Behbudovun teatrından gəlmişəm. Mənə qalmaqal yaraşmaz! Onun bu istəyinə mən razılıq vermədim. Daha sonra məni yutub kanalında efirə gedən bir verilişə dəvət etdilər, mən də razılıq verdim. Yadımdadır, hətta o verilişə ötən il koronavirusdan dünyasını dəyişən jurnalist Oğuz Altay da gəlmişdi. İlk dəfə idi Oğuzu həyatda görürdüm. Onu da orada görüb, sevindim. Çünki o hər zaman sənətkarlara qiymət verib, onları dəyərləndirib. Aparıcı mənə sənətimdən, yaradıcılığımdan suallar ünvanladı, mən də hamısını cavabladım. Gözlənilmədən canlı efirdə mənə sual verdi ki, Ruhəngiz Musəvi ilə münasibətiniz necədir?! Mən həqiqətən də tutuldum. Çünki bu sualı gözləmirdim. Aparıcıya dedim ki, siz məni buna görə verilişə çağırmısınız?! Bu haqda çox danışmadım. Sadəcə bildirdim ki, bəli mən ondan incimişəm, çox böyük bir səhvə yol verdiyinə görə onunla əlaqəmi kəsmişəm. Bu kəlmələrlə də mövzu bağlandı. İndi sən Ruhəngiz, efirə çıxıb, göz yaşlarını axıtmağının mənası nədir?!” deyə müğənni bildirib.
 
 
Sevilən sənətkar Kəmalə Rəhimli bildirib ki, həmkarı Ruhəngiz Musəvi ikisinin arasında danışılan bir mövzunu digər bir aparıcıya xəbərləyib.
 

 

“Ruhəngizlə aramızda sənət haqda söhbət olmuşdu. O aramızda olan söhbəti gedib məşhur bir kanalın aparıcısına danışmışdı. Aparıcı da mənim üstümə hücum çəkdi ki, sən bunu demisən, onu demisən, filan şeyi demisən. Mən də onu başa saldım ki, əslində söhbət başqa cür olub, sadəcə olaraq Ruhəngiz beşini də üstünə qoyub, sənə çatdırıb. Həmin aparıcı ilə də Ruhəngiz çox yaxındır. Ruhəngizə zəng edib dedim ki, aramızda olan söhbəti aparıcıya çatdırmısan, o da mənə zəng edib üstümə hücum çəkir. Ayıb olsun sənə Ruhəngiz! Ruhəngiz həmin aparıcı ilə mənim aramı vurdu. Mən o aparıcını çox istəyirəm, qoy bunu o da bilsin. Heç vaxt onu Ruhəngizə dəyişmərəm. Bu insan paxıl adam imiş, amma mənim xəbərim yoxmuş. O vaxt yeni-yeni ekranlara çıxanda deyirdi ki, “bu gözəl hardan gəlib ekrana çıxdı, günümüz qara oldu indi”. Bu sözləri üzümə deyirdi. Görün bu insan nə qədər paxıl adamdır! Deyir ki, “nə edim ki, verilişlərə məni çağırırlar, onu yox!”. Ay axmaq, sən kimsən ki, mənim televiziya kanallara çıxmağıma mane olasan?! Sənətə gəldiyim gündən bu günə qədər hər zaman məni verilişlərə çağırıblar, özüm getməmişəm. Mən heç vaxt efirlərə möhtac qalmamışam. Ona dedim ki, aramızda olan söhbəti həmin aparıcıya demisənsə səninlə Allah bilsin. Gör onun bu hərəkəti mənə nə qədər təsir edib ki, onu qarğışdamışam. Mən hələ tam açıqlamıram ki, o nə danışıb, necə hərəkət edib. Çıxıb efirdə ağlayırsan, gündəmə gəlmək istəyirsən?! Niyə ağlayırsan ki?! Nahaq etdiyini boynuna alıb, məndən üzr istə! Üzr istə ki, qələt etmişəm ki, mən satqın olmuşam. Verilişdə mənim ünvanıma deyib ki, İlhamədən də yamandır. Əvvəla heç kim İlhamə Quliyeva ola bilməz. İlhamə gözəl sənətkar olub. Allah ona rəhmət etsin! Deyib ki, mənə bir şey olsa o üstümə gəlməsin. Sən öləndə üstünə niyə gəlməliyəm ki?! Məni bu qədər əsəbləşdirmisən, əsəb sistemimi pozmusan, canıma qəsd etmisən. Hələ üstünə də gəlməyimi istəyirsən?! Onu heç vaxt görməyəcəksən!” deyə sənətkar bildirib. /Moderator.az 






Fikirlər